Poliklinika yandıbackend

Poliklinika yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının şəhərin C. Cabbarlı küçəsində yerləşən diş poliklinikasının inzibati binasına girişdə yerləşdirilmiş elektrik şitində yanğın baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək binaya keçməsinin qarşısı dərhal alınıb. Elektrik şiti yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

İnterpress.az