Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdibackend

Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, xalça bu gün Ağ Evə göndərilib.

Azərbaycanlı sənətkar D.Səfərov xalça üzərində noyabr ayından işlədiyini deyib. Bildirək ki, xalça yun materialından hazırlanıb.

D.Səfərov xalça ilə yanaşı Donald Trampa təbrik məktubu da göndərib. O, məktubda vaxtilə ABŞ-ın eks prezidentləri Corc Buş, Barak Obamaya da məxsus xalça hazırladığını vurğulayıb.

D.Səfərov Trampı bir daha təbrik edərək ona can sağlığı arzu edib.

Qeyd edək ki, Dağlar Səfərov indiyədək onlarla dünya liderinin portretini hazırlayıb. Onların çoxu ilə təkbətək görüşüb.

Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdi

Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdi

İnterpress.az