“Piter Elçin”in qardaşı Masallıda necə öldürüldü?backend

“Piter Elçin”in qardaşı Masallıda necə öldürüldü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə musavat.com-a İsmayılovların qohumları məlumat verib.

Əvvəlcə onu qeyd edək ki, “Piter Elçin”in 1979-cu il təvəllüdlü qardaşı Fariz İsmayılov ötən il dekabrın 21-də Masallı rayonunun Türkoba kəndi yaxınlığında öz avtomobilində qətlə yetirilib.

4 qardaş olan İsmayılovlardan artıq ikisi kriminal aləmdəki hesablaşmaların qurbanı olub. Qardaşlardan yalnız “Piter Elçin” kriminal aləmdə söz sahibi olsa da, hesablaşmaların qurbanları onun qardaşları olub.

Belə ki, ilk olaraq onun qardaşlarından Marif ötən ilin iyununda Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirilmişdi. 6 ay keçməmiş isə Fariz İsmayılov güllələndi. “Piter Elçin”dən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.

“Piter Elçin”in yaxın ətrafından musavat.com-a verilən məlumatda bildirilir ki, kriminal avtoritetin qardaşları qisas məqsədi ilə qətlə yetirilib.

İnterpress.az