Bu gün yollar buz bağlayacaq – Xəbərdarlıqbackend

Bu gün yollar buz bağlayacaq – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.

Yanvarın 22-si gündüzdən 23-ü gündüzədək əsasən şimal və şərq rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

İnterpress.az