Lənkəranın qozlu badımcan küküsübackend

Lənkəranın qozlu badımcan küküsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

10 ədəd yumurta
4 ədəd badımcan
100 qr qoz ləpəsi
2 ədəd baş soğan
1 dəstə keşniş
1 dəstə şüyüd
½ dəstə göy soğan
100 qr kərə yağı
Duz, istiot

Hazırlanması:
Yumurta çırpılır. Baş soğan sürtgəcdən keçirilir. Göyərti xırda doğranır. Qoz ləpəsi döyülür. Badımcanın qabığı soyulur, ət maşınından keçirilib acı suyu sıxılır. Badımcanın üzərinə qoz, soğan, göyərti, yumurta əlavə edilir, duz, istiot səpilib qarışdırılır. Tava qızdırılır, yağ əlavə edilir.
Yağın üzərinə badımcan-yumurta qarışığı tökülüb yayılır. Kükü zəif odda hər iki tərəfli qızardılır. Hazır kükü istənilən formada kəsilib süfrəyə verilir.

Lənkəranın qozlu badımcan küküsü

İnterpress.az