Yalçın Topçu Qənirə Ataşova məsələsinə münasibət bildirdibackend

Yalçın Topçu Qənirə Ataşova məsələsinə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eyni zamanda, çevrilişə cəhddən bir gün sonra Pensilvaniyada yaşayan və çevrilişə cəhddə təqsirləndirilən FETÖ terror şəbəkəsinin rəhbəri Fətullah Güləndən müsahibə aldığı üçün Azərbaycana qayıtdıqdan sonra ölkədən çıxışına qadağa qoyulan ANS telekanalının jurnalisti Qənirə Ataşovanın bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək ona yardımçı olmasını xahiş etdiyi məlumatı yayılıb.

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat üzrə baş müşaviri Yalçın Topçu Ölkə.Az saytına verdiyi müsahibədə bu barədə sualı cavablandırarkən bildirib ki, FETÖ məsələsində prezidentlərin mövqeyi eynidir:

\”Belə bir müraciət olsaydı xəbərim olardı. Bu barədə məndə heç bir məlumat yoxdur. Digər tərəfdən isə cənab Prezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev öz aralarında bir-birinə “qardaşım” deyə müraciət edirlər. Ona görə də prezidentlərimizin FETÖ məsələsi ilə bağlı mövqeləri də eynidir\”.

Qeyd edək ki, Ərdoğanın baş müşaviri Yalçın Topçu ilə müsahibəni BURADAN oxuya bilərsiniz.

İnterpress.az