AZAL-dan deputatın monopoliya tənqidinə sərt reaksiyabackend

AZAL-dan deputatın monopoliya tənqidinə sərt reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Politika.Az-a “Azərbaycan HavaYolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Deputat Vahid Əhmədovun iradlarına münasibət bildirən AZAL rəsmis itənqidlərlə razılaşmayıb: “AZAL necə monopolisdir ki, 30-a yaxın şirkətlə əməkdaşlıq edir?! Burada harda monopoliya var? Əgər beynəlxalq uçuşları nəzərdə tutublarsa, konkret faktlar göstərməlidirlər.

Bir uçuş göstərsinlər və desinlər ki, burada qiymətlər bahadır. AZAL beynəlxalq uçuşlarda xeyli şirkətlə əməkdaşlıq edir”.

Bakı-Gəncə-Bakı aviareyslərinin ləğvinədə münasibət bildirən P.Kəsəmənski belə bir qərarın kommersiya baxımından səmərəli olmadığı üçün qəbul edildiyini deyib.
Xatırladaq ki, deputat Vahid Əhmədov AZAL-ın qiymət siyasətini tənqid edib.

“Ötən ilin sonlarında yoldaşımla Türkiyəyə getmişdik, özüdə “biznes-klass”la… Sonra elə oldu ki, iki gün gecikəsi oldum. “AZAL”-ın Türkiyədə nümayəndəliyi var, ora müraciət edəndə dedilər ki, bizlik deyil, biz biletləri dəyişə bilmərik, haradan almısınız, orada müraciət edin.

Bu nə deməkdir, nə özbaşınalıqdır? Bütün bunlar “AZAL”ın monoplist olmasından irəli gəlir. Çünki başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. “AZAL” hər şeyi inhisarında saxlayır, nəticədə də bu cür problemlər, narazılıqlar yaşanır”, – V.Əhmədov qeyd edib.

İnterpress.az