Eks-prezident 11 milyon pul oğurlayıb ölkədən qaçdıbackend

Eks-prezident 11 milyon pul oğurlayıb ölkədən qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bunu yeni prezidentin müşaviri Mai Əhmad Fatti deyib. Onun sözlərinə görə, eks-prezident pullarla birgə bahalı avtomobilləri, Qambiyanın müxtəlif zinət əşyalarını Çaddan gələn yük təyyarəsi ilə aparıb: “Ölkədə ağır maliyyə vəziyyəti yaranıb. Xəzinə bomboşdur”.

O, qeyd edib ki, Camme ölkəni ötən həftənin şənbə günü tərk edib.

Qeyd edək ki, ölkədə keçirilən prezident seçkilərində məğlub olan Yayya Camme postundan getməyəcəyini bəyan etmişdi. Bundan sonra Qambiya parlamenti Cammenin səlahiyyətlərini uzatmışdı.

Lakin Seneqal hərbçilərinin Qambiyaya ordu yeridəcəklərini bəyan etdikdən sonra Camme 22 illik postundan könüllü imtina etdiyini və səlahiyyətlərini yeni prezidentə verəcəyini söyləyib.

İnterpress.az