Fazil Mustafa: “Bu addımı yanlış hesab edirəm”backend

Fazil Mustafa: “Bu addımı yanlış hesab edirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Fazil, MustafaLider Tv-nin Rusiyadakı müxbiri Anar Həsənovun işdən çıxarılması ilə bağlı İnterpress.az saytına açıqlama verib.
Fikrimcə Anarın işdən azad olunmasında səfirin hansısa rolu olmayıb. Çox güman ki, sual əvvəlcədən razılaşdırılmayıb, müstəqil addımına görə narazılıq yaranıb.
Hər halda Azərbaycan Rusiya ilə münasibətlərdə haqlı olaraq hədsiz ehtiyatlılıq nümayiş etdirir və Rusiyanın açıq mövqe bildirməsi indiki şərtlərdə faydamıza deyil. Rusiyanın mövqeyinin tədricən, həm də qapalı şəkildə dəyişə biləcəyinə daha çox ümid bəslənilir. Sualda hansısa təhqir olmadığına görə, bunu nə Rusiyanın tələbi ilə, nə də Rusiyanın xoşuna gəlməsinə görə gerçəkləşdirdikləri inandırıcı deyil. Fikrimcə məsələyə jurnalistin öncədən razılaşdırılmamış davranışı səbəb olub. Bütün hallarda bunlar əsas vermir ki, bir suala görə jurnalist işdən uzaqlaşdırılsın. Bu addımı yanlış hesab edirəm.

İnterpress.az