14 yaşlı qızını boğub öldürən anaya 11 il həbsbackend

14 yaşlı qızını boğub öldürən anaya 11 il həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Z. Cəfərova 11 illik həbs cəzası verilib.

Qeyd edək ki, ötən il avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

İnterpress.az