Ukrayna parlamentinin Azərbaycan əsilli deputatı AŞPA-nın vitse-prezidenti seçildibackend

Ukrayna parlamentinin Azərbaycan əsilli deputatı AŞPA-nın vitse-prezidenti seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G. Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: “O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.

Qeyd edək ki, G. Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır və milliyyətcə yəhudidir. ( apa )

İnterpress.az