Telman İsmayılov rəsmən müflis elan edildibackend

Telman İsmayılov rəsmən müflis elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arbitraj məhkəməsinin bildirdiyinə görə, İsmayılov şikayət ərizəsini noyabr ayının 24-nə kimi təqdim etməli idi. Sənədlər isə məhkəməyə yalnız dekabrın 28-də daxil olub. İş adamının gecikməni izah etmək üçün göstərdiyi səbəbləri məhkəmə üzrlü hesab etməyib.

Hakimlər bildiriblər ki, Çerkizovo bazarının keçmiş sahibi aşağı instansiya məhkəmənin qərarından şikayəti vaxtında verə bilməyib.

Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib.

2015-ci ilin dekabr ayında Moskva vilayətinin Arbitraj Məhkəməsi kreditor Boris Zubkovun ərizəsi əsasında baxılan işin yekununda Telman İsmayılovu artıq müflis elan etmişdi. Lakin 2016-cı ilin martında bu qərar apellyasiya məhkəmısində ləğv olunmuşdu. Sonradan bu qərardan Telman İsmayılov Ali Məhkəməyə də şikayət ərizəsi vermişdi.

2007-ci ildə İsmayılovun təsis etdiyi “AST” qrupuna daxil olan təxminən 30 şirkətin illik dövriyyəsi, iş adamının öz sözlərinə görə, 3 milyard dollara bərabər idi. ( virtualaz.org )

İnterpress.az