Astanada Suriya danışıqlarının ikinci günü başladıbackend

Astanada Suriya danışıqlarının ikinci günü başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, danışıqlar Suriya hökuməti və müxalifətinin təmsilçiləri, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfirinin iştirakı ilə davam etdirilir.

Görüş öncəsi BMT baş katibinin xüsusi nümayəndəsi Staffana de Mistura nikbin əhval-ruhiyyədə olduğunu bildirib.

Qeyd edək ki, Astanada Suriya münaqişəsinin nizamlanmasına dair ilk görüş dünən keçirilib.