Beynəlxalq Eskimo günübackend

Beynəlxalq Eskimo günü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 24-də Beynəlxalq Eskimo günü qeyd olunur.
İnterpress.az-ın məlumatına görə, 1922-ci il yanvarın 24-də ABŞ-ın Onava şəhərində şirniyyat dükanının sahibi Xristian Nelson eskimo düzəltmək üçün patent alıb. Eskimo üzəri şokoladla ötrülmüş çubuqlu qaymaqlı dondurmadır. Onun tarixi bir neçə min il olsa da, eskimonun ad günü kimi yanvarın 24-ü qəbul edilir. Eskimonun nə vaxt əmələ gəldiyi və niyə belə adlandığı barədə versiyalar çoxdur.
Bir versiyaya görə, bu növün müəllifi qənnadı ustası Xristian Nelsondur. Məhz o qaymaqlı dondurmanı şokoladla bürümək qərarına gəlib və ona \”Eskimo Pie\” (eskimosun kökəsi) adını verib.
Bu hadisə 1919-cu ildə baş verib və o, 1924-cü ildə patent alıb. Digər versiyaya görə, \”eskimo\” sözü fransızlardan gəlib. Fransızlar eskimos tayfasının geyiminə oxşayan uşaq kombinezonuna belə ad veriblər.
Onların fikrincə, sözügedən dondurma da şokoladdan kombinezon geyinib və buna görə də \”eskimo\” adlanmalıdır. Həmçinin qeyd etmək lazımdır ki, ilk eskimolar taxta çubuqsuz idilər və yalnız 1934-cü ildə bu atributa yiyələndilər.

İnterpress.az