“Biz hər zaman yaxşılıqları deməklə vəziyyətimizi daha da pis edə bilərik”backend

“Biz hər zaman yaxşılıqları deməklə vəziyyətimizi daha da pis edə bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı iqtisadi sahələrdən biridə turizim sferasıdır. Elə ölkələr var ki, onların iqtisadiyyatı elə turizim gəlirləri üzərində dayanıb. Türizm elə sahədir ki, burada xidmət sektoruna aid bütün müəssələr pul qazanır və ölkəyə tez bir zamanda valuta axınını təmin edir. Azərbaycanda neft gəlirlərinin aşağı düşməsi və ölkəyə valuta axını təmin etmək üçün ölkə rəhbərliyi turizimə diqqəti daha da artırdı. Bura bir çox ölkələrlə viza sistemini sadələşdirilməsini misal göstərmək olar. Mövzu ilə əlaqədar İnterpress.az saytı ekspert “Viator DMC” – nin Turizim departamentinin müdüri Rəşad Mirzəzadəyə müraciyyət etdik.

-Azərbaycan turizmi hər il inkişaf edir və hər il durmadan yenilənir. Hər il Azərbaycan turizmində müəyyən irəliləyişlər olur. Misal üçün, 10 il əvvəl Azərbaycanda sadəcə 1 brend otel var idi, gələnlər isə məhz həmin otelə gedirdilər. 7 il əvvəl isə sadəcə 4-5 ulduzlu otellər var idi. Son bir neçə illər ərzində ölkəmizdə 3 ulduzlu otellərin sayı artmaqdadır. Hazırda Respublikamızda xeyli sayda brend otel açılıb və yaxın gələcəkdə də onların sıralarına əlavələr olacaqdır. Ayrıca demək istəyirəm ki, bir neçə il əvvəl Azərbaycana gələn turistlərin sayı 2016-cı ilə nisbətən daha az idi. Azərbaycanda təşkil edilən bir sıra beynəlxalq tədbirlər ölkəmizə gələn turistlərin də sayını xeyli sayda artırmışdır. Bu tədbirlərə, Avroviziya mahnı yarışması, Avropa Oyunlarını, Formula 1 yarışını, hər il təşkil edilən müxtəlif musiqi festivallarını, Beynəlxalq forumları, Asiya İnkişaf Bankının tədbirini, Birləşmiş Millətlər təşkilatının tədbirini və s. əlavə edə bilərik. Bu kimi tədbirlərdə iştirak edən qonaqlar bir daha ölkəmizə şəxsi istirahətləri üçün gəlirlər. Ayrıca bildirmək istəyirəm ki, Azərbaycana səfər edən müxtəlif ərəb ölkələrindən gələn qonaqlar və İran turistləri arasında çoxluq təşkil edirlər. Ümumi diqqət yetirsək görə bilərik ki, Azərbaycanda Ərəb və İranlı turistlər üçün gözəl şərait yaradılmışdır.
Bakıda bütün tip otellər mövcuddur. Buna hostellərdən tutmuş 5 ulduzlu otellərə qədər bütün kateqoriyalar daxildir. Mövcud problem isə regionlarda sadəcə 5* otellərin olmasıdır. Bu o demək deyil ki, regionlarda 3-4 ulduzlu otellər, motellər yoxdur. Sadəcə onların səviyyəsi nəyin ki, xarici turist, heç yerli turist qəbul etmək iqtidarında deyildir.

"Biz hər zaman yaxşılıqları deməklə vəziyyətimizi daha da pis edə bilərik"

Ərəb turistlər və İranlı turistlərin adətən otel seçimi necə baş verir?

-Ərəb turistlər adətən 5* otellərdə, nadir hallarda 4* otellərdə qalırlar. İranlı turistlər isə tam tərsinə, əsasən 3-4 ulduzlu otellərdə qalırlar. Nadir hallarda isə 5* otelləri seçirlər. Ərəb dediyimiz qrupların ən əsası isə İraqdan gələn turistlərdilər ki, bunlarda əsasən 3-4* otellərdə qalırlar. Bizdə belə təəsürat yaranır ki, Azərbaycana gələn turistlərin əsasən üstünlüyünü elə Fars korfəzi ölkələri, İran və İraq təşkil edir. MDB ölkələrini də bu siyahıya əlavə edə bilərik.

Avropalı turistləri bəs ölkəyə necə cəlb etmək olar?

-Biz şirkətimizdə əsasə prioritet məsələ mövcud turizm bazarları ilə deyil, eyni zamanda yeni ölkələrlə əməkdaşlıq etməkdir. Azərbaycanı bacardığımız qədər təqdim etməkdir. Ölkəmizin gözəlliklərini digərlərinə göstərməkdir. Bir neçə il əvvəl yuxarıda qeyd etdiyim kimi problemlərin olduğunu nəzərə alsaq Azərbaycana səfər edən bir turist ortalama 800-1200 USD arası məbləğ ödəməli idi. Bu məbləğ minimumdur. Devalvasiyanı öz xeyrimizə çevirib ölkəyə axın edən şirkətlərə xeyli ucuz qiymətlərə xidmət göstəririk. Hazırda Azərbaycanda istirahət üçün minimum paket qiyməti 170 ABŞ dollarından başlayır. Avropada Azərbaycan haqqında yanlış bilgilər də çoxdur. Misal üçün onların hələ ASAN Vizaya keçid haqqında xəbərləri yoxdur. Hələ də düşünürlər ki, bura gəlmək üçün uzun prosedurlardan keçməlidirlər.

ASAN Viza turizmə nə kimi dəstək ola bilər?

-Asan Viza turist üçün sadələşdirilmiş viza prosesidir. Əvvəllər müxtəlif turizm şirkətlərində sadələşdirilmiş viza xidmətləri var idi. Bu isə müəyyən səbəblərə görə bir turistə vizanın almasını 10-15 iş gününə başa gətirirdir. Hazırda bu proses daha sadələşdirilib. 3 iş gününə turist öz evindən viza ala bilir. Amma turizm sahəsi ölkədə yeni olduğundan bir sıra problemlər yaşanmaqdadır.

Misal üçün hansı problemlərdən danışa bilərsiniz?

-Misal üçün İran vətəndaşlarının Azərbaycanda turizm şirkəti açması, İraqlıların bir başa otellərlə əlaqəyə girib otelləri daha ucuz qiymət alması. Təbii ki, kənardan çox sadə görsənir. Hər biriniz deyə bilərsiniz ki, açmaqlarının nə kimi problemləri ola bilər? İndi isə bunu cavablandırım. Biz deyirik ki, turizmi inkişaf etdirək. Bəs yerli turizm sahəsində çalışanlar? Turizm şirkətlərinin əməkdaşları? Otellər tərəfindən yad insanlar kimi qəbul edilirlər. Qiymətlər xaricilərə daha ucuz verilir, nəyin ki, yerli şirkətlərə. Ən yaxşı halda yerli şirkətlər üçün müəyyən edilmiş qiymətlər xarici şirkətlərə də verilir. Bəs onda Azərbaycanda turizmin hansı inkişafından danışa bilərik? Misal üçün, iranlı turist Azərbaycana gəlir. Hava Limanında onu iranlı bələdçi qarşılayır, otelə yerləşdirir, nəqliyyat vasitəsinə qədər özlərinin müəyyən etdikləri adamlar çalışır. Bir turistdən ölkə nə qədər pul qazana bilər? Maksimum oteldən və Bakıdakı benzin doldurma məntəqələrindən. Bunu qat-qat artırmaq olar. Bələdçi, muzey, müxtəlif əyləncəli xidmətlər, asudə vaxtlarının təşkil edilməsi üçün müxtəlif proqramlar və s. Bu yaxınlarda öyrəndik ki, Novruz bayramı üçün otellərdə yerlər yoxdur. Sonrakı araşdırmalarımızın sayəsində məlum oldu ki, bu otellərin çoxunu İranlı şirkətlər alıb. Bu təbii olaraq suni qiymət artımına gətirib çıxardıb. Təklif edirəm ki, ən azəndan turizm şirkətləri üçün reyestr hazırlansın. Ordan qeydiyyat ödənişsiz olsun, sadəcə əvvəllər olduğu kimi müəyyən prosedurlar olsun. Bu zaman həmin şirkətin nə qədər dövlətçilik prinsiplərinə əsaslandığını, əməkdaşlarının təcrübəsini, fəaliyyət növlərini bilə-bilərik.

İkinci məsələ, Azərbaycanda illərdir otellər fəaliyyət göstərir, illərdir yerli vətəndaşlarımız xarici otellərdə işləyirlər, Brendlər artıq xeyli vaxtdır işləyirlər. Amma yerli sahibkarlar hələdə xaricdən gətirilmiş otelçilərə önəm verir. Bu nə dərəcədə doğrudur? Hazırda dollarla bağlı problemi birazda bu üsulla aradan qaldıra biləcəyimizi düşünürəm. Xaricilərin aldıqları maaşları nəzərə alsaq daha çox yerli çalışanlara önəm verilməsini istəyərdim. İnanın ki, bunun üçün bizdə təcrübəli kardlarda var, lazımi dərəcədə xidmət göstərəcək professionallarımız da.

Üçüncü məsələyə gəlirəm. Avropalı turistlər, Ərəblər, İranlılar, Rusiyadan və Qazaxstandan gələn turistlər və s. hamısı narahat edən məsələ budur ki, ölkədə gecə klubları çox deyildir. Sadəcə 1-2. Oraya da getmək üçün müxtəlif prosedurlar tələb edilir. Gecə klublarının sayını artırmalı, müxtəlif gənclik festivallarına start verməliyik.

Dördüncü məsələ. Təklif edərdim ki, Türkiyədə olduğu kimi Azərbaycanda da Turizm Polisi yaradılsın. Mühafizə Polisnin tərkibində də əlavə səlahiyyətlər verməklə müəyyən bir tabor yaratmaq mümkündür. Sadəcə turistlərlərin problemləri ilə məşğul olsunlar. Bəzən elə hadisələr baş verir ki, bunu rəsmi qurumun həll etməsi daha məqsədyönlüdür. Misal üçün hər hansı bir turist oteldə televizoru sındırır və ödəməkdən imtina edir. Bunu kimi məsələlərə yaxşı olar ki, məhz turizm polisi baxsın. Onlar qonaqlarla daha alicənab danışaraq, hüquqi yollarla cəriməni ala bilərlər.

Beşinci məsələ. Obyektlər turizm şirkətləri ilə əməkdaşlıq etməyi öyrənməlidirlər. Misal üçün at sürmək turist üçün 5 manat olanda turizm şirkəti tərəfdən gəldikdə 3 manat olmalıdır. Hər bir halda hər iki tərəf də qazanmalıdır.

Şəxsi evlərini kirayə verən şəxslər vardır. Gürcüstanda, Türkiyədə və s. ölkələrdə bu kimi hallarla rastlaşırıq. Bəs Azərbaycanda necə?

-Turist axırı olmamışdan əvvəl Azərbaycandakı otellərin sayı qənaətbəxş idi. Hər zaman boş otaqlar tapmaq olurdu. 2016-cı ilin yayından artıq məlum oldu ki, Azərbaycanda yerləşmə ilə bağlı problemlər yaranır. Bu zaman təbii ki, şəxsi evlər daxil olmaqla bütün turistin qalması üçün lazımı olan obyektlər işləməyə başladı. Ölkəmizin də bir sıra bölgələrində belə evlər fəaliyyət göstərirlər. Təbii ki, həmin mehmanxanalara, motellərə, hostellərə də cənab prezidentimizin turizmin inkişafı üçün qarşıya qoyulan prioritet məsələləri kimi 2* və ya reyesterə almaqla müəyyən başqa kateqoriyalar da vermək olar. Həmin tip evlərin də sayını artırmaq lazımdır. Avropalılar və digər xalqlar eko turizmə daha çox önəm verirlər. Məhz bu kimi evlərdən eko turizm üçün də istifadə etmək olar.

Xarici turizimdə nə kimi problemlər var?

Bilirsiniz, əslində Xarici turizm Ölkə üçün prioritet sahə olmamalıdır. Çünki xarici turizm ölkədən valyutanın axınını təmin edir. Amma sizin sualınıza cavab olaraq deyə bilərəm ki, Xarici turizm devalvasiyadan sonra demək olar ki, tamamən azalmışdır. Ölkədən əvvəllər daha şox Türkiyəyə, BƏƏ (Dubaya) və s. ölkələ gedirdilər sə, müəyyən səbəblərdən sonra Türkiyəyə gedənlərin sayı azalmışdər. Əvəzində Gürcüstana gedənlərin sayı xeyli artmışdır. Problemləri aradan qaldırmaq mümkün olmayacaqdır. Valyuta bazarında stabillik olana qədər, Xarici turizmdə durğunluq yaşanacaqdır. Təbii ki, gedənlər yenə də gedəcəkdir. Amma kütləvi olmayacaq bu səfərlər. Keçən il Monteneqroya ləğv edilən çarter uçuşları buna misaldır.

Sonda Azərbaycan turizmi haqqında düşüncələriniz almaq istərdim?

-Biz hər zaman yaxşılıqları deməklə vəziyyətimizi daha da pis edə bilərik. Gözlə görünən problemləmlərimizi də biz məhz nazirliyimizə və daha yuxarı instansiyalara çatdırmalıyıq. Ümid edirəm bu günkü problemlərin üstünə bir daha gəlməyəcəyik.
Ümid edək ki, Azərbaycana səfər edən ölkələrin siyahısı gələcək turistlərin sayı qədər artsın. Bunun üçün ölkəmizdə gözəl təbiət, istirahət zonaları, xüsusi ilə müalicə turizmi kimi dünyada məşhur olan Naftalan vannaları, Xəzər dənizi (gölü), Göygöl, Maralgöl və s. buna misaldır. Düşünürəm ki, biz neçə ildən sonra ölkəmizdə turizm daha da inkişaf edəcəkdir. Sadəcə turistlərə tədqim etməyə əlavə xidmətləri artıraq. Müəyyən tarixi obyektləri restavrasiyta edib turistlərin üzünə açaq. İnandırım ki, çox yaxın gələcəkdə ölkə turizmi çox inkişaf edəcəkdir.

Orxan Muxtarlı
İnterpress.az