Nazirdən pensiyalarla bağlı önəmli Açıqlamabackend

Nazirdən pensiyalarla bağlı önəmli Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq: “Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə ilə artımı avtomatlaşdırılmış qaydada icra ediləcək. Növbəti ayın, yəni fevral ayının pensiyalarının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezident İlham Əliyevin 21 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə bağlı işlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin edəcək\”.

Nazir qeyd edib ki, Azərbaycanda əmək pensiyaçılarının sayı ötən il 16,1 min nəfər və ya 1,24% artaraq (o cümlədən yaşa görə 0,4%, ailə başçısını itirməyə görə 3,9%, əlilliyə görə 2,06% artaraq) 1 yanvar 2017-ci il tarixinə 1 316 min nəfər təşkil edib:

\”Fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da ildən-ilə artmaqda davam edir. Sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 2017-ci ilin 1 yanvar tarixinə 3 milyon 371,9 min nəfər təşkil edib. Eyni zamanda bu sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33,9 min nəfərə çatıb\”.

Nazir vurğulayıb ki, 2003-cü ildən 2017-ci ilədək minimum əməkhaqqı 11,7 dəfə artıb: \”Sərəncama əsasən, minimum aylıq əmək haqqının məbləği 116 manat müəyyən edilib. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələri bildirişi üzrə elektron informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən bu artımın təqribən 146 min nəfərə şamil olunacağı, nəticədə artımın şamil olunduğu şəxslərin illik gəlirlərinin 40,3 mln. manata qədər artacağı gözlənilir. Minimum aylıq əmək haqqının təqribən 10,47% artımı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığortası üzrə daxilolmaların 2017-ci ildə 12,4 mln. manat artacağını proqnozlaşdırmağa əsas verir\”.

İnterpress.az