DİN-dən Bakıdakı silahlı insidentlə bağlı Məlumatbackend

DİN-dən Bakıdakı silahlı insidentlə bağlı Məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirib. E.Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahalıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi \”MP 654 K\” markalı pnevmatik tapança götürülüb.