1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verib?backend

1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbəb kimi həbsxananın dükanında (laryokda) siqarət və çörəyin baha satılmasına etiraz edən dustaqların etirazını yatırmaq məqsədi güdüldüyü göstərilirdi(qeyri-rəsmi). Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə \”bunt\” xəbərini təkzib etdi.

İnterpress.az xəbər verir ki, Qaynarinfo.Az-ın yaxın mənbələrdən əldə etdiyi məlumata görə, əslində isə səbəb bahalaşma yox, 1 saylı həbsxanaya gətirilən \”Tsıqan\” ləqəbli kriminal avtoritet Elmir Məmmədov olub.\”Tsıqa\”nın cəzaçəkmə müəssəsinə gətirildiyi gün döyülərək \”karsa\” salınması \”bratva\”nı hiddətləndirib. Dustaqlar onun \”zon\”a qaytarılmasını tələb edərək etiraza başlayıblar. Vəziyyətin idarəolunmaz hala gəldiyini görən cəzaçəkmə müəssəsinin rəisi Rövşən Niyazov həbsxanaya \”voyska\” salıb. İşgəncə koridorundan keçirilən dustaqların bir qismi \”Tsıqan\” ləqəbli Elmir Məmmədov qarışıq şiddətli preslərin sınaqdan keçirildiyi \”tubzona\”(3-saylı həbsxanaya) aparılıb.

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə “Tsıqan” (Qaraçı) ləqəbi ilə tanınır.

İnterpress.az