Mənzildən 5 min dollar və 13 min manatlıq qızıl oğurlanıbbackend

Mənzildən 5 min dollar və 13 min manatlıq qızıl oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərdən birindən 5000 ABŞ dolları, 13000 manat dəyərində qızıl əşyalar, 1 ədəd kompüter və 1 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ülvi Məmmədli tutulub.

İnterpress.az