Xızıda maşın yoldan çıxıb aşdıbackend

Xızıda maşın yoldan çıxıb aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Xızı-Giləzi yolunda \”Mercedes\” markalı, 10 UR 753 dövlət nömrə nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən ikisi hadisə yerində dünyasını dəyişib. Daha dörd nəfər isə xəstəxanaya aparılıb.

Artıq dəhşətli qəzada ölənlərin və yaralılardan ikisinin şəxsiyyəti müəyyənləşib. Xızı Rayon Polis Şöbəsindən sayta bildirilib ki, yanvarın 23-də saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımovun idarə etdiyi \”Mercedes\” markalı avtomobilin aşması nəticəsində sürücü və Elçin adlı sərnişini vəfat edib. Sərnişinlərdən 1979-cu il təvəllüdlü Allahyarov Eldəniz Eldar oğlu və 1964-cü ildə anadan olmuş Nəzərov Əfqan Mirzə oğlu isə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılıb. Vəziyyəti daha ağır olan digər iki sərnişinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Xızı RPŞ tərəfindən araşdırmalar davam etdirilir. (lent.az)

İnterpress.az