Azərbaycanda ət niyə bahalaşır? – VİDEObackend

Azərbaycanda ət niyə bahalaşır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəssab Ramin Zülfüqarov deyir ki, bayramdan sonra alıcılıq qabiliyyəti tamamilə aşağı düşüb. Onun sözlərinə görə, hazırda ətin qiyməti 10-12 manat arasında dəyişir: \”Yeni ildən etibarən mal çox baha gəlir. Xaricdən mallar gəlmir. Öz mallarımızdır. Bir balaca qıtlıqdır. Təsərrüfat zəifdir. Otlaq yeri zəifdir. Mallar zəif gəlir. Yerli mallar olduğuna görə belədir. Keçən il stabil satırdıq 9-10 manata, indi bu dəqiqə topdan satış qiyməti 9.50-10 manatdır\”.

Elbrus Cəlilov da həmkarının dediklərini təsdiqləyir: \”Yerində bahadır, yem bahadır, otlaq sahəsi bahadır. Qış olanda bir az bahalaşır, yayda ucuzluq olur. Biz ancaq regionlardan gətiririk\”.

Baş çəkdiyimiz digər satış məntəqəsində isə bildirdilər ki, xaricdən ət məhsullarının gəlməməsi ətin qiymətinə birbaşa təsir edib: \”İndi xaricdən mal gəlmir. Ukrayna, Gürcüstan, Dağıstandan mallar gəlirdi, bolluq olurdu. İndi mal gəlmədiyinə görə belə bahalaşıb\”.
Qiymətlərdən razı olan müştərilər də var, narazı olanlar da.

Quş və quş məhsullarının qiymətləri ilə də maraqlandıq. Satıcı deyir ki, əvvəlki illərlə müqayisədə bu sahədə də alıcılıq qabiliyyəti aşağıdır: \”Bizdə toyuğun qiyməti 7-8 manat arasında dəyişir. Çəki fərqi var da. Bu toyuğu veririk 10 manata, amma yerindən alırıq 9 manata. Hər toyuqda 1 manat 50 qəpik qalmasa, dolanmaq da olmaz\”.
Hinduşkanın bir kiloqramı 13, ördəyin qiyməti isə 10 manatdır.

Ekspert Vüqar Bayramov deyir ki, ət məhsullarının qiymətlərinin qalxmasına əsas səbəb topdansatış qiymətinin yüksəlməsi ilə bağlıdır: \”Topdansatış qiymətinin artması ət istehsalının azalması ilə bağlıdır. Xüsusən diri mal-qara və eləcə də qoyunların satışında azalmalar olduğuna görə nəticədə qiymətlərə təsir göstərir. Bir tərəfdən pərakəndə satışla məşğul olanlar qiymətin artmasında maraqlı deyillər, çünki onlar topdansatışı baha alırlar, pərakəndəni baha satırlar. Topdansatış qiyməti artan zaman onların gəlirlərinə təsir göstərir. Satış azaldığı üçün də onların gəlirləri azalır\”.

Ekspert deyir ki, qiymət artımlarının qarşısının alınması üçün yerli istehsalın həcmi artırılanadək idxal olunan məhsullara vergi güzəştləri tətbiq olunmalıdır. Onun sözlərinə görə, heyvandarlıqla bağlı subsidiya mexanizminin tətbiq edilməsinə ehtiyac var.https://youtube.com/watch?v=nmfEIypazSQ