Astana görünşündən gözləntilərbackend

Astana görünşündən gözləntilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxstanın Astana şəhərində Suriya ilə bağlı danışıqlar artıq ikinci gündür ki keçirilir. Bu danışıqlarda ABŞ-ın və Suriyada Əsəd rejimi ilə döyüşən iri qrupların təmsilçilərinin yer almaması bir çox ekspertlər tərəfindən fərqli yozulur. Kimisi bu danışıqların uğurlu, digərləri isə uğursuz olacağı ilə bağlı rəy bildirir.
İnterpress.az Oğuz Araşdırmaları Mərkəzinin rəhbəri Vüqar Zifəroğluna müraciət etdi.

Astanada Suriya münaqişəsinin həllinə həsr edilmiş görüşlərin keçirilməsi, şübhəsiz ki, problemin həllinə öz töhvələrini verə bilər. Danışıqların əsas predmeti 29 dekabrda imzalanmış atəşkəsin təsdiqi və 8 fevralda Cenevrədə keçiriləcək görüşə şərait yaratmaqdır. Lakin bu sammitin Suriya münaqişəsinin həllində əhəmiyyətli rol oynayacağına inanmaq sadəlövhlükdür. İlk növbədə ona görə ki, görüş faktiki olaraq Rusiyanın paytronajlığı altında keçirilir. ABŞ-ın hazırkı məqamda bölgədəki maraqlarını Rusiya və ya İranla nə dərəcədə uzlaşdırmağa meylli olması bir qədər mübahisəlidir. Diqqət edin, məhz bu səbəbdəndir ki, yanvarın 22-də keçirilən ilkin görüşlərdə ABŞ iştirak etməyib. ABŞ-ın isə bu görüşü, yumuşaq şəkildə olsa da “baykot” etməsi, əslində nəticə etibarı ilə tam olaraq razılığa gəlməyi çətinləşdirəcək. Astana görüşünün həlledici olacağına şübhə etmək üçün ciddi əsaslar verən digər məqam Suriya müxalifətinin tam olaraq danışıqlarda təmsil olunmamasıdır. Görüşdə Rusiya və Türkiyənin aktiv təşəbbüsü ilə dekabrın sonunda atəşkəs rejiminin bərpa olunmasını dəstəkləyən 15 müxalif qruplşma iştirak etsə də, Azad Suriya Ordusunun görüşdə iştirak etməməsi ciddi faktordur. Eləcə də ASO-nun nüvəsini təşkil edən \”Cəbhət ən-Nüsra\” qruplaşmasının İŞİD-lə eyni cərgədə hədəf olaraq göstərilməsi, müxalifətin ASO qanadına dəstək verən Qərbi razı sala bilməz. Üçüncü məqam isə müxalifətin özünün vahid şəkildə təmsil oluna bilməməyib. Suriya müxalifət qruplarının lideri hələlik müəyyənləşməyib və görüşdə bu qrupların hər biri öz liderləri təmsil olunmaqdadırlar. Müxalifət qruplaşmalarının öz aralarında da ciddi fikir ayrılıqları mövcuddur. Məsələn, “Ceyşül İslam”la “ən-Nusra” arasında olduğu kimi.

Bəşər Əsədin iflic olması ilə bağlı xəbər yayılıb. Bu xəbər doğru olarsa hadisələr hansı məcraya yönələcək?

-Əsədin fiziki durumunun ağir olacaği təqdirdə isə, proseslər daha mürekkəb məcraya qədəm qoya bilər. Bələ ki, Esəd hazırda iqtidar komandasının və eləcə də iqtidarı tam dəstəkləyən Rusiya və İran faktorunun birliyini saxlayan yeganə faktordur.
Əsədin hər hansı bir şəkildə tam və ya qismən də olsa proseslərdən fiziki olaraq kənarda qalması, iqtidar düsərgəsində də parçalanmalara təkan verəcək və həmin tərəfdə hakimiyyətə nəzarəti ələ keçirmək uğrunda mübarizəyə rəvac verəcək.

Orxan Muxtarlı
İnterpress.az