Sürücünü ağladan yol polisi işdən qovulurbackend

Sürücünü ağladan yol polisi işdən qovulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə AzVision.az-a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. DYP rəsmisi qeyd edib ki, araşdırmalardan sonra adıçəkilən yol polisi barədə ciddi tədbir görüləcək.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb. Həmin video ictimaiyyət arasında ciddi etiraza səbəb olub.

Məlumata görə, 9 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alması ehtimal edilən Elvin Mövlanov polisin adına xələl gətirdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılacaq.

İnterpress.az