Qazaxda ağır yol qəzası: Ölən və yaralılar varbackend

Qazaxda ağır yol qəzası: Ölən və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Xanlıqlar kəndinə gedən yolda qeydə alınıb. “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması zamanı rayonun Cəfərli kənd sakinləri, 1984-cü il təvəllüdlü Ömərov Aqif Tapdıq oğlu və 1988-ci il təvəllüdlü Əsgərov Əhəd Abdulla oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Qazax rayonunun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Heydərov Şahin Şaiq oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

İnterpress.az