Goranboyda kütləvi davabackend

Goranboyda kütləvi dava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,\”Report\”un qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayonun Sarov kəndində qeydə alınıb.

Belə ki, hələlik bilinməyən səbəbdən bir qrup şəxs arasında dava düşüb. Bu zaman Sarov kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Rafayıl Vidadi oğlu baş nahiyəsindən ağır zərbə alıb. O, yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Yaralıya tibbi yardım göstərən həkimlər onun burnunun sındığını müəyyən ediblər. R.Cəfərov ilkin yardımdan sonra Gəncədəki özəl xəstəxanaların birinə köçürülüb.
Yaralının vəziyyəti orta-ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

İnterpress.az