Sürücünün təcrübəsizliyi – VİDEObackend

Sürücünün təcrübəsizliyi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az avtosfer.az-a istinadən xəbər verir ki, yanvarın 28-də, saat 18-19 radələrində İnşaatçılar prospektində, videodan da göründüyü kimi, 99 KC 111 dövlət nömrə nişanlı avtomobil evakuatora yüklənib.

Avtomobilin içərisində isə ən azı 5 nəfər var. Üstəlik, avtomobil işlək vəziyyətdədir və ksenon faralar yanır. Arxadan gələn avtomobil sürücülərinin gözünü qamaşdırdığı üçün yaxınlıqdan keçən bütün sürücülər ya pəncərəni endirir, ya da siqnal verməklə 111-ə etirazını bildirirdi. Gənc sürücü əvvəlcə hansı səhvlərə yol verdiyinin fərqinə varmadı. Evakuatorun üzərindəki maşından düşən gənclərlə söhbətdən sonra bildirdilər ki, guya avtomobildə nasazlıq yarandığı üçün təmir yerinə aparırlar. Lakin sonra onu da dedilər ki, evə gedirlər. Ən sonda isə bilindi ki, gənc sürücü təcrübəsizdir, qarlı havada nəqliyyat vasitəsini sürə bilmədiyi üçün 156-dan evakuator çağırıb. Dostları ilə birlikdə avtomobili evakuatora qaldırıblar ki, qəzasız-filansız evə gedib çatsınlar.

Özünüz bu görüntüləri izləyib sürücünün əməlinə qiymət versəniz, daha yaxşı olar. Lakin Dövlət Yol Polisi də həm evakuator sürücüsünün (yükdaşıma qaydalarını pozub – red.), həm də onun daşıdığı avtomobil sahibinin barəsində tədbir görməlidir.

İnterpress.azhttps://youtube.com/watch?v=ygImZcYk5pA