“Rıjıy İlqar” tutuldubackend

“Rıjıy İlqar” tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kriminal aləmdə “Rıjıy İlqar” kimi tanan İlqar Əliyev ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə hədə-qorxu gəlməklə onlardan pul tələb edirmiş. O, həmçinin kriminal şəxslər arasında bölgü də aparırmış.

Məlumata görə, İ.Əliyev yanvarın 25-də Salyan rayonunda saxlanılıb. O, yaşadığı Y.Qaqarin küçəsi, ev 10-da qanunsuz odlu silah və narkotik vasitə saxlayırmış. Saxlanılan zaman İ.Əliyevdən “Naqan” tipli tapança, 5 ədəd patron və 20 qram narkotik vasitə olan həşiş qatranı götürülüb. Əvvəllər 3 dəfə məhkum olan İlqar boks üzrə 6 dəfə Azərbaycan çempionu və qaydasız döyüşlərin iştirakçısı olub. Kriminal avtoritetin “kriminal razborkalar”a nəzarət etdiyi də iddia olunur.

Faktla bağlı Sayan Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

İnterpress.az