Kişini şantaj edən qadın tutuldubackend

Kişini şantaj edən qadın tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də şəhər sakini Vüqar Soltanova hədə-qorxu gəlib 2000 manat pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini İradə Paşayeva tutulub.

Faktla bağlı Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

İnterpress.az