“Fərqli Janrda kino yoxdur, hamı komediyaya yönəlib”backend

“Fərqli Janrda kino yoxdur, hamı komediyaya yönəlib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dönəmlərin uğurlu filmlərindən biri də “Pərdə” filmidir. Filmdəki hadisələr bir ailənin faciəsini əks etdirir. Kino haqda geniş yazılar və müzakirələr olduğu üçün biz bu filmi təhlil etməyəcəyik. İnterpress.az “Pərdə” filminin rejirssoru Emil Quliyevlə müasir filmlərin bu günü və sabahı haqqında söhbəti təqdim edir.

-“Pərdə” filmi ilk işinizdir?

-Xeyr. Mənim 50-dən artıq film, qısametrajlı filmlər və sosial çarx kimi kiçik işlərim var. Lakin “Pərdə” filmi ilk tam metrajlı iş idi. Qısa metrajlı filmlərdə özümü yoxladım və seyirçilər tərəfindən müsbət rəy aldıqdan sonra anladım ki, böyük proyektlər etməyin vaxtı çatıb.

– Rejissor olaraq “Pərdə” filminə necə qiymət verirsiniz?

Filmdə ssenari və aktyor oyununa xüsusi diqqət vermişdim. Çox istərdim ki, digər aspektlərə də yönəldim lakin maliyyənin az olması buna imkan yaratmadı. Rejissor işimə hər zaman tənqidi yanaşıram, çatışmayan cəhətlərimi aradan qaldırımağa çalışıram.

– Hər bir güclü filmin arxasında ağır və mərhələli iş dayanır. Kino qanuna uyğunluğuna əməl etdinizmi?

Çəkilişlərdən iki ay öncə məşqlər başlamışdı. Aktyorlar bezirdi və məşqə gəlmək istəmirdilər. Bizdə çox zaman rejissor aktyorla tanış olur və səhəri gün çəkilişə başlayır. Nə zaman senari oxunacaq , nizam nə olacaq və ya ümumən akyor həmin rola uyur ya yox bu kimi önəmli məsələlərə isə diqət verilmir . Mən bir neçə dəfə aktyor dəyişdim, bəziləri isə özləri küsüb getdi. Çəkdiyim kinonu dostluğa qurban verə bilmərəm. Bir insan rola uyğun deyilsə demək ki, uyğun deyil. Bu işdir və şəxsi münasibətlər buna təsir etməməlidir.

– Stanislavskiyə görə rejissorda bəsirət gözü olmalıdır. Necə düşünürsüz, sizdə bəsirət gözünüz var?

Yox. Amma, oxuyub çalışmaqla özümü inkişaf etdirmək istəyirəm. Aktyorlarda həmin cəhətin olmaması bir çox çətinliklər yaradır. Məsələn, elə aktyorlarla rast gəlinir ki, personajın bütün nizamını səndən gözləyir. Yəni özü o rola girmək istəmir. Aktyor ssenarini oxuduqdan sonra personajın maraqlı məqamlarını özündə əks etdirməyi bacarmalıdır. Burda professonal akyorlardan söhbət getmir, sözüm qeyri peşəkarlara aiddir. Əgər onlar özlərini aktyor kimi görürlərsə öz üzərilərində işləməlidirlər. Rejissora müəllim gözü ilə baxmamalıdır.

– Rejissor olaraq öz komandanızı müəyyənləşdirmisiz?

Əlbəttə. Çəkdiyim 50 iş varsa hamısının komandası eynidir. Sadəcə hərdən operatorları dəyişirəm. Artıq özümdə fovarit akyorlar var və gələcəkdə onlarla mütləq işləyəcəm. Bunlardan Vüsal Mehrəliyev, Zaur Şəfiyev, Tural Əhməd, Zenfira Əbdülsəmədova və başqalarının adını çəkə bilərəm . Bu aktorlarla işləmişəm və gələcəkdə də onlarla işləməyi düşünürəm.

– Müasir Azərbaycan filmini necə dəyərləndirirsiz?

Azərbaycan kinosu son zamanlar yenidən inkişaf etməyə başladı .Rejissorlar arasında yeni simalar tanındı. Mən özüm 2011-ci ildən kino ilə məşğul olmağa başladım. Fərqli Janrda kino yoxdur, hamı komediyaya yönəlib. Əslində komediya kinonun ən çətin janrıdır və bunun asanlaşdırıb seyriciyə yönəltmək olmaz. Müasir komediyalarda ən böyük problem dramaturgiyanın, satiranın olmamasıdır.

– Azərbaycanda senarist problemi varmı?

Ssenarist yazarlar var və onların müəyyən pyesləri, hekayələri var. Amma nədənsə onların yazdıqlarını axtarıb istifadə etmirlər. Məsələn mən özüm də ssenaristlərə müraciyyət etmirəm və buna ehtiyac duymuram. Çünki mənim çəkdiyim filmə ssenarini mənim kimi yazan olmayacaq. Bəlkədə məni anlayacaq ssenaristlər var, amma mən onları tanımıram. Bəzi insanlar var ki, onlarla işləmək üçün müraciət edirəm ki, nəsə öyrənim. Məsələn Xəyyam Abdullayev. Rejissorların professonal ssenaristlərə müraciət eməməsinə gəldikdə isə burada iki nüans var ki, bunlardan birincisi eqodur, ikincisi isə maliyyə məsələləridir.

– Yeni filmlərin televiziya kanallarında göstərilməməsi nə ilə bağlıdır?

Televizyada yayımlanan bir neçə filmim var. Lakin onlar davamlı şəkildə göstərilmir. Bunun səbəbini heç özümdə bilmirəm. Bircə onu deyə bilərəm ki, əhalinin müəyyən hissəsi var ki, kinoteatra getmir və müasir rejissorların işlərdindən xəbərsiz olurlar. Bu da biletlərin satışına təsir edir.

– Kino tənqidi ilə bağlı nə deyə bilərsiz?

Çox heyif ki, tənqid də də dostluq və qardaşlıq əlaqələri önəmli rol oynayır. Bir tənqidçi kimisə tanıyırsa müsbət fikirlər yazacaq, tanımırsa heç nə yazmayacaq ya da pisləyəcək. Lakin subyektiv fikrini bildirən tənqidçilər də var ki, onlardan Kamran Rzayev misal göstərə bilərəm. Azərbaycan kinosunun tam gücü ilə inkişaf etməməsinin səbəblərindən biri də obyektiv tənqidin olmamasıdır. Tənqidçilər şəxsi münasibətlərinin üstündən xətt çəkə bilmədikləri üçün kinolara lazımı qiymət vermir.

"Fərqli Janrda kino yoxdur, hamı komediyaya yönəlib"

Orxan Muxtarlı
İnterpress.az