Qızıl Xaç Komitəsindən Elnur Hüseynzadə ilə bağlı – Açıqlamabackend

Qızıl Xaç Komitəsindən Elnur Hüseynzadə ilə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu BakiPost.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

İ. Hüseynova bildirib ki, Elnur Hüseynzadənin əsir düşməsi ilə bağlı məlumat təsdiqlənərsə, BQXK nümayəndələri öz mandatına uyğun olaraq ona baş çəkəcək, saxlanma şəraitini yoxlayacaq.

Xatırladaq ki, Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətdiyi və Elnur Hüseynzadənin əsir düşməsi barədə məlumatlar yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı təkzib edib: \”Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür”.

Nazirlikdən bildirilib ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

İnterpress.az