Bir uşaq anası özünü yandırdı – YENİLƏNİBbackend

Bir uşaq anası özünü yandırdı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda üzərinə neft tökərək yandıran qadının vəziyyəti kritik olduğundan onun Bakıdakı müalicə müəssisəslərindən birinə gətirilməsinə qərar verilib.

APA-nın yerli bürosunun məlumatına görə, ailə münaqişəsi zəminində intihar edən Ayşən Mehdiyevanın həyatına təhlükə var.

***

Rayon sakini, 1992-ci il təvəllüdlü Mehdiyeva Ayşən Tərlan qızı üzərinə yanacaq tökərək, özünü yandırıb. Xəstəxanaya çatdırılan qadının vəziyyəti ağırdır. Onun bədəninin xeyli hissəsinin yandığı bildirilir, həyatına təhlükə davam edir.

Ailəli olan A. Mehdiyevanın bir azyaşlı övladı var.

Fakt araşdırılır. ( apa )

İnterpress.az