“İsa Qəmbər biabırçı məğlubiyyətini həzm edə bilmir”backend

“İsa Qəmbər biabırçı məğlubiyyətini həzm edə bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri AzVision.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. Partiya sədri vurğulayıb ki, İsa Qəmbər indiki iqtidara qarşı düşmənçilik səviyyəsinə qalxan münasibətini hər zaman ortaya qoyub: “2005-ci ilin parlament seçkiləri dövründə “məxməri inqlab” adlanan davranışlar ortaya qoyuldu. Ukraynadan gətirilən narıncı geyimlər geyinsələr də, bir nəticə əldə edə bilmədilər. Çünki, ölkə əhalisinin mütləq əksəriyyəti ulu öndər Heydər Əliyev siyasətini və onun təməl prinsiplərini birmənalı şəkildə dəstkləyir. Xalq bu gün də bu siyasəti müdafiə edir.

Bu gün ölkə başçısı İlham Əliyevin cəmiyyətdə çox böyük nüfuzu, xalq tərəfindən sevilməsi İsa Qəmbər kimilərini ciddi narahat edir. Bütün bunlardan irəli gələn düşüncələrlə fürsət düşdükcə, zaman imkan verdikcə, bu cür qeyri-əxlaqi fikirləri ortaya qoyurlar. Bu, siyasətçiyə yaraşan iş deyil. Bu, opponentlik də deyil. Siyasətçi qəbul etmədiyi siyasətçinin siyasi səhvlərini, siyasi baxışlarında onu qane etməyən cəhətləri deyə bilər. Bundan o tərəfə keçmək qoca qarıların bulaq başında etdiyi dedi-qodudan başqa bir şey deyil. Ona görə də onların fikirləri cəmiyyətdə heç bir rezonans doğurmur. Əksinə, bu və buna bənzər fikirləri hər zaman ziyanlarına işləyib, bundan sonra da belə olacaq”.

İnterpress.az