“Azərbaycan ordusu fevralın axırında da hücuma keçə bilər”backend

“Azərbaycan ordusu fevralın axırında da hücuma keçə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

“Aprel ayında ordumuzun növbəti hucumu baş verə bilərmi?” sualımızı cavablandıran general bunları bildirib:

\”Müharibə hər an ola bilər, Azərbaycan ordusunun bütün heyəti Ali baş komandanın döyüş əmrini gözləyir. Ehtiyatda olan on minlərlə zabitimiz səfərbərlik əmrini gözləyir, qələbə şərəfinə nail olmaq istəyir. Ermənilər sülh yolu ilə danışıqlara getmədikcə, müxtəlif təxribatlar törətdikcə Azərbaycan ordusu hər an hücuma keçə bilər. Hər birimiz o günü gözləyirik”.

Y.Aydəmirov, həmçinin “Ordumuz növbəti dəfə hücuma keçərsə, Rusiya yenidən müdaxilə edib müharibəni dayandıra bilərmi?” sualımıza da aydınlıq gətirib:

“Növbəti hücum başlayanda da yəqin ki, diplomatlarımız öz işlərini görəcəklər. Yəqin ki, artıq o zaman böyük dövlətlər imkan verəcəklər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin. Ali baş komandanımız da iki dəfə açıq bildirib ki, iri dövlət Azərbaycanı müharibə etməyə qoymur. Azərbaycanın müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməsi üçün başqa heç bir problem yoxdur”.

İnterpress.az