“Araz Əlizadə onların quyruqbulayanıdır” – SƏRT CAVABbackend

“Araz Əlizadə onların quyruqbulayanıdır” – SƏRT CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda özü kimi 5-10 qeyri-türkü başına yığıb elə bilir ki, Azərbaycan türk dövləti deyil.

Araz Əlizadə kimilər bu gün Nuru paşaya görə dünyada vardırlar. Əgər Nuru paşanın ordusu və Azərbaycan Türk ordusu birlikdə Eməni-Rus birləşmələrini o zaman məhv etməsəydilər, sonralar burada bir müsəlman belə yaşaya bilməyəcəkdi.

Araz Əlizadəni danışdıran da Rusiya və Molla regimindəki ağalarıdır.

Bu gün Türk düşmənlərinə güvənib Azərbaycan ya da Türkiyə türklərinə qarşı hədyan yağdıranlar Azərbaycan dövlətçiliyin təhlükə altında qoyurlar. Azərbaycanın müstəqilliyinin qarantı ilk növbədə Azərbaycan türklərinin çiyinləri üzərindədəir.

Araz Əlizadələr də bunu yaxşı bilirlər.

Məncə, Azərbaycan rəhbərliyi bu cür çıxışılara qarşı ciddi şəkildə ölçü götürməlidir…

Azərbaycan Türkiyə münasibətlərini zədələyəcək açıqlamalar çox təhlükəlidir..

Osmanlı hər hansı cinayətdə suçlamaq, Nuru paşaya böhtanlar atmaq ancaq Türk düşmənlərinin işidir..

Araz Əlizadəni qıcıqlandıran o zaman Ənvər paşanın Turan qurmaq niyyəti idi. Bunu deyə bilmədiyi üçün, böhtanlar atır. Ancaq bu cür iftiralarla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan Türkiyə qardaşlığı, soydaşlığı əbədididr. Biz bir millətin övladlarıyıq. Əlbəttə, içimizdəki 5-10 nəfər Türk düşmənləri istisna olmaqla!!!

Faiq Ələkbərli
İnterpress.az