Meydan TV-nin işi ara qarışdırmaqdır + VİDEObackend

Meydan TV-nin işi ara qarışdırmaqdır + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin xəbərlə bağlı Bayram Səfərov “Ölkə.Az”-a açıqlama verib. O, heç kimi təhqir etmədiyini bildirib:

\”Mən heç bir jurnalisti təhqir etməmişəm. Həmin gün mən camaatla görüşüb, onların problemləri ilə maraqlanırdım. Həmin vaxtı bir qız çəkiliş aparırdı. Mən də o qıza dedim ki, insanların həssas zamanında kino çəkirsən? Bir az çəkiliş apardın bəsdir də! Sonra yenə də o qızı gəlib məni çəkirdi. Mən də ona dedim ki, imkan ver, məcburi köçkünlərin problemi ilə bağlı camaatla danışım. O qız da mənə dedi ki, bu mənim işimdir. Daha heç bir təhqir və sairə olmayıb. Ancaq həmin vaxtı insanlar həssas vəziyyətdə idi, çəkiliş aparmaq düzgün deyil idi. İndi “Meydan TV”-nin işi ara qarışdırmaqdır. “Meydan TV”-nin jurnalisti də elə olmalıdır da! Peşəkar və Vətənini sevən jurnalistlərin də işi təxribatların qarşısını almaq, doğru yazmaqdır\”.

İnterpress.az