Şəkidə yanğınbackend

Şəkidə yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın fevralın 4-ü saat 01:00 radələrində rayonun Şəki kəndində, kənd sakini Vazi Bayraməliyevə məxsus, ümumi sahəsi 48 kv/m olan birmərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

İnterpress.az