“Azadlıq”a pul verməsi iddiasına – YAP-dan Reaksiyabackend

“Azadlıq”a pul verməsi iddiasına – YAP-dan Reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri AzVision.az-a millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Partiya funksioneri hesab edir ki, bu haqda söylənilənlər böhtandır: \”Bu, siyahıda adları çəkilən şəxslərə atılan şərdir ki, guya onlar pul verib, \”Azadlıq” qəzetindən hansısa bir yazını çıxartdırıblar. Guya, Qənimət Zahid orada nəyisə yazsa nə olacaq, yazmasa nə olacaq? Onun deməyi ilə həmin adamı işdən çıxaracaqlar, yoxsa işə qoyacaqlar? Bunların hamısı qurmadır”.

YAP funksioneri xatırladıb ki, yazıda adı Qənimət Zahidə pul verən şəxs kimi göstərilənlərdən biri də Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir: \”Guya o, Qənimət Zahidə pul verib, hansısa yazını \”Azadlıq” qəzetindən çıxartdırıb. Bu şəxs 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və partiya həyatında çox aktiv, mühüm rol oynayan insanlardandır. \”Azadlıq” qəzetində onun haqqında kifayət qədər təhqiredici, tənqidedici, aşağılayıcı yazılar gedib. Əgər Abdin Fərzəliyev \”Azadlıq” qəzetinə vəsait ayırsaydı, niyə onun əleyhinə onlarla material gedirdi ki?”

Qeyd edək ki, Azərbaycanda bəzi məmurların müxalif KİV-ləri, o cümlədən \”Azadlıq” qəzetini maliyyələşdirməsi və pul verərək saytlardan yazı çıxartdırması barədə məlumatı jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi saytlarda yayıb.

İnterpress.az