“Milli Şura YAP-ı qoyub, müxalifətlə mübarizə aparır”backend

“Milli Şura YAP-ı qoyub, müxalifətlə mübarizə aparır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Sədr qeyd edib ki, İsa Qəmbəri hakimiyyətə işləməkdə günahlandırmaq xüsusi maraqlara xidmət edir:

“Bu qədər də yalançılıq və ikiüzlülük etmək kimin maraqlarına cavab verir? Onlarla bir yerdə olduğum zaman da bu kimi iyrəncliklərə etiraz etmişdim və yenə də edirəm. Milli Şuranın və onu oyuncaq kimi əlində firladan şəxsin niyyəti müxalifəti sıradan çıxarmaqdır, yoxsa rejimlə mübarizə aparmaq?

Məqsəd siyasi səhnədə birincilik yarışıdır və onu da çoxdan itirib. Sadəcə, hakimiyyətdəki dostları onu yaşatmaqda və daima gündəmə gətirməkdə maraqlıdırlar. Bu düşüncədə olan adam, bu təfəkkür sahibi hakimiyyətə gələ və onu idarə edə bilməz. Aprel döyüşlərindən sonra hakimiyyət mətbuatı və televiziyaları düz iki ay \”Yurd\” sədrini reklam etdilər. Bu reklamın çirkin siyasi oyun üzərində qurulduğu hər kəsə məlum idi. Onu təzədən diriltmək və millətin başına taxmaq. Ona olanda, hakimiyyətin təzyiqi, İsa Qəmbərə və digərlərinə olanda isə hakimiyyətin oyunu. İsa Qəmbər də, mən də, Sərdar Cəlaloğlu da, İqbal Ağazadə də hər axşam ölkə prezidenti ilə çay süfrəsində otururuq və planlar qururuq. YAP siyasi şurasının üzvləri ilə isə gündə on dəfə zəngləşirik, görüşürük və plan cızırıq ki, İsa Qəmbərin üzərinə getmək lazımdır…

Niyə? Çünki, düz 20 ildən çoxdur ki, \”Yurd\” sədri deyir gələcəm və sizi kəsəcəm. Hər kəs qorxusundan gecələr də yata bilmir. Sadəcə, utanmaq lazımdır, həm də ayıbına kor olmaq”. ( olke.az )

İnterpress.az