Elnur Hüseynzadə Dağlıq Qarabağda 2 aylıq həbs edilibbackend

Elnur Hüseynzadə Dağlıq Qarabağda 2 aylıq həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, “məhkəmə” onun barəsində 2 aylıq həbs qərarı çıxarıb. Ermənilər absurd şəkildə “azərbaycanlı diversant” kimi təqdim etdikləri E.Hüseynzadə ilə bağlı növbəti şouya başlayıblar.

Məlumata görə, qapalı müzakirələrdə azərbaycanlı girovu vəkil müdafiə edib və ona tərcüməçi ayrılıb.

Erməni tərəfinin bildirdiyinə görə, 1995-ci il təvəllüdlü Elnur Elman oğlu Hüseynzadəyə qarşı cinayət işi qaldırılıb. O, “diversiyaya cəhd”də və “sərhədi qanunsuz keçməkdə” ittiham olunur.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin iddiasını təkzib edib, onun bir neçə ay əvvəl ordudan tərxis olunduğunu bildirib. ( musavat.com )

İnterpress.az