Xəzərdə köməksiz qalan 2 balıqçı xilas edildibackend

Xəzərdə köməksiz qalan 2 balıqçı xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətindən İnterpress.az-a verilən məlumata görə, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıb.

İnterpress.az