Təcili yardım maşını qəzaya düşdübackend

Təcili yardım maşını qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, təcili yardım maşını qarşısında hərəkət edən KamAZ markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində təcili yardım maşınında olan xəstə, onu müşayiət edən həkim və sürücü xəsarət almasalar da, avtomaşın əzildiyindən, yoluna davam edə bilməyib.

Ona görə də, Salyan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən çağırılmış təcili yardım maşını xəstə və həkimi ünvana çatdırıb.

İnterpress.az