İstanbuldan gələn qadından psixotrop maddə tapıldıbackend

İstanbuldan gələn qadından psixotrop maddə tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsindən İnterpress.az-a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycanın vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.
Şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan edilmiş əşyalar aşkar olunmasa da, hərəkətləri şübhə doğurduğu üçün bədən üzvlərinin yoxlanılması məqsədilə tibb işçisi dəvət olunacağı barədə xəbərdar edilib. Lakin həmin şəxs buna ehtiyac olmadığını bildirib və daxili orqanında gizlətdiyi sellofan bükümü çıxararaq gömrük nəzarətinə könüllü təqdim edib. Həmin bükümdə isə 8 ədəd həb aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, tədqiqata təqdim olunmuş 8 ədəd həb MDMA (ekstazi) adlı psixotrop maddədir.
MDMA (ekstazi) \”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr\”in I Siyahısına daxildir və 8 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

İnterpress.az