Baba nəvəsini güllələdibackend

Baba nəvəsini güllələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, hadisə fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində baş verib.
Belə ki, kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi \”Mercedes\” markalı avtomobildə özünə məxsus \”TOZ-34\” markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.
Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.
Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən \”TOZ-34\” markalı tüfəng götürülüb.

İnterpress.az