Ronaldinyo Messi haqqında danışdıbackend

Ronaldinyo Messi haqqında danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Romario, Rivaldo və Ronaldo “Barselona”da mənim üçün qapı açdılar. Mən isə bunu Neymar üçün etdim.

Bu sözləri Braziliya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi, məşhur futbolçu Ronaldinyo katalan klubunda forma geyən Neymar və Lionel Messi haqqında danışarkən deyib.

Ronaldinyo bildirib ki, Neymar dünyanın ən istedadlı ulduz futbolçularından biridir. Daha bir braziliyalının tarix yazmasını müşahidə etmək insana zövq verir. Romario, Rivaldo və Ronaldo “Barselona”da mənim üçün qapı açdılar. Mən isə bunu Neymar üçün etdim. Braziliyalıların “Barselona”dakı uğurlarını görmək məmnunluq doğurur. Bizim “Barselona”da qazandığımız nailiyyətləri hazırda Neymar təkrarlayır.

Lionel Messini dünyada ən güclü və müqayisəedilməz futbolçu olduğunu deyən Ronaldinyo bildirib: “O, meydançaya ilk dəfə çıxdığı gündən bəri dəyişməz olaraq qalıb və özünü oyuna həsr edir. Messinin “Barselona”nın əsas heyətində vurduğu ilk qol futbol tarixində yeni səhifə açdı. Ona ötürməni mən vermişdim və çox şadam ki, Messinin peşəkar futbolda ilk addımlarını atmasında mənim də payım var”.

İnterpress.az