Bakıda cinsi azlıqlar quldurluq edibbackend

Bakıda cinsi azlıqlar quldurluq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, ötən gün Sabunçu rayonunda yerləşən meşə zolağında şəhər sakini 1989-cu il təvəllüdlü Fərid Zeynalova qarşı oğurluq hadisəsi törədilib.

Zeynalov 13-cü polis bölməsinə müraciət edərək 3 nəfərin ona hücum etdiyini və 55 manat pulunu oğurladıqlarını bildirib. Axtarış nəticəsində şübhəli şəxslər saxlanılıb. Onların 1993-cü il təvəllüdlü Yardımlı rayon sakini V.Şahbazov, 1986-cı il təvəllüdlü Masallı rayon sakini Y.Heydərov və 1996cı il təvəllüdlü H. Hümbətzadə adlı gənclər olduğu məlum olub.

İstintaq zamanı saxlanılanların cinsi azlıqlara mənsub olduqları aydınlaşıb.

İnterpress.az