3 nəfər liftdə köməksiz vəziyyətdə qalıbbackend

3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

İnterpress.az FHN-in mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 08:43-də başa çatıb.

İnterpress.az