Özünü maşının altına ataraq pul tələb edir – VİDEObackend

Özünü maşının altına ataraq pul tələb edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, avtomobilə toxunur və sonra yerə yıxılır ki, guya onu maşın vurub. “Xəzər TV” məlumat verir ki, bir sürücünün çəkib sosial şəbəkələrdə paylaşmasından sonra ifşa olunan həmin şəxsi Abşeron polisi bənzər təşəbbüsü zamanı saxlayıb.

Məlum olub ki, həmin şəxs özünə “iş yeri” kimi ən çox paytaxtın \’\’Şamaxinka\’\’ adlanan ərazisini seçir.

Ağır xəsarət aldığını bildirən piyada, sürücüdən polisə şikayət etməyəcəyi vədi ilə pul tələb edib. Şantaj yolu ilə sürücülərdən pul alan şəxs Xırdalanda da bunu edərkən tutulub. Abşeron polisi günün günorta çağı özünü hərəkətdə olan avtomobillərin altına atan Masallı sakini 42 yaşlı Zöhrab Abıyevi saxlayıb. Dindirmə zamanı o, bu əməlini etraf edib və səbəb kimi narkotik maddəyə olan təlabatını ödəmək olduğunu deyib.

Abşeron rayon polis idarəsindən bildirilib ki, əvvəllər məhkumluq həyatı yaşamış Zöhrab Abıyev barəsində cinayət işi başlanıb.

İnterpress.az