“Ford” 3 piyadanı vurdu – 1 ölü, 2 yaralı – VİDEObackend

“Ford” 3 piyadanı vurdu – 1 ölü, 2 yaralı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV xəbər verir ki, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb.

Ərkivan qəsəbə sakinləri 37 yaşlı Rüfət Bədəlov, 35 yaşlı Yunus Həsənov və 32 yaşlı Tohid İbrahimov yolun piyadalar üçün nəzərdə tutulan hissəsi ilə hərəkətdə olarkən \”Ford\” markalı yük maşını onları vurub. Daha sonra avtomobil beton elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsirindən beton dirək avtomobilin üstünə aşaraq onu yarasız vəziyyətə salıb.

Ağır bədən xəsarətləri alan yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. İlkin müayinə zamanı onlara qapalı kəllə-beyin travması, baş beynin əzilməzi diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq Rüfət Bədəlovun həyatını xilas etmək mümkün etmək olmayıb.

İlkin ehtimala görə qəzaya yağıntılı hava şəraittində avtomobilin sürüşərək yoldan çıxması səbəb olub. Hadisənin dəqiq səbəbləri təyin olunan avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az
https://youtube.com/watch?v=BNul8tr9gts