Sovet futbolunun əfsanəsi öldürüldübackend

Sovet futbolunun əfsanəsi öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev “Dinamo”sunun və SSRİ-nin futbol üzrə yığmasının sabiq qapıçısı Viktor Çanov 57 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, Çanov fevralın 8-də Bakı vaxtı ilə saat 20:50-də vəfat edib. Futbolçu ölümündən bir neçə həftə əvvəl hücuma məruz qalıb. Yanvarın 20-də Kiyev yaxınlığında naməlum şəxslər onun avtomobilini saxlayıblar və idmançını döyüblər. Çanov bu zaman müxtəlif bədən xəsarətləri, o cümlədən kəllə-beyin travması alıb. O, növbəti gün əməliyyat edilib. \”Dinamo\”nun veteranının ölüm səbəbi barədə məlumat verilməsə də, onun vəfatının döyülməsi ilə bağlı olduğu güman edilir. Çanov Kiyev “Dinamo”sunun və \”MOİK-Borisfen\”in, Donetsk “Şaxtyor”unun, İsrailin “Makkabi”sinin (Hayfa) və “Bney İequda”sının şərəfini qoruyub. Qapıçı üçqat SSRİ çempionu, beşqat SSRİ kubokunun sahibidir. O, həmçinin İsrail çempionu, 1986-cı ildə isə UEFA Kuboklar kubokunun qalibi olub. Çanov SSRİ yığmasında 1982-ci ildən 1990-cı ilə qədər çıxış edib. Bu müddət ərzində o, 21 matçda çıxış edib və 8 top buraxıb. SSRİ yığmasının heyətində o, 1988-ci ildə Avropa çempionatının gümüş mükafatçısı olub. Viktor Çanovun qardaşı Vyaçeslav Çanov uzun müddət Bakı “Neftçi”sinin qapısını qoruyub.(sputnik)

İnterpress.az