Qayınata oğlunu qətlə yetirən gəlinini bağışlayıbbackend

Qayınata oğlunu qətlə yetirən gəlinini bağışlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən il iyulun 23-də Ramana qəsəbəsində yaşayan Nuridə Kərimova həyat yoldaşı Vüqar Kərimovu (1984-cü il təv.) ailə münaqişəsi zəminində qətlə yetirib. Daxil olan məlumat əsasında hadisə yeri Sabunçu RPİ 12-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub.

İstintaqla müəyyən edilib ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyib və əksər vaxt gecələr evə sərxoş vəziyyətdə gəlib. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqar Kərimovla həyat yoldaşı arasında dava düşüb. Ərinin bıçaqla onu öldürəcəyini görən qadın cəld tərpənərək bıçaqla ona zərbələr endirib. Nəticədə sonuncu hadisə yerində kəskin qanitirmədən vəfat edib. Qeyd edək ki, cütlüyün 4 yaşlı qızı qalıb, hadisə vaxtı azyaşlı babasının evidndə olub.

Bu günki prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Safa Kərimov ifadə verib. O, Nuridə Kərimovanı bağışladığını bildirib :\”Nuridə mənim gəlinimdir, onu bağışlayıram və xahiş edirəm ki, onun günahından keçəsiniz. Onun bir uşağı var. Şikayətçı deyiləm\”.

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin olunub. (aktual.az)

İnterpress.az